Mobil versiya
Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi
Tarix: 28-06-2024 | Saat: 11:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənədi ratifikasiya edib.

aia.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Daha sonra “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024