Mobil versiya
BDU məzunu, ABŞ-nin Şimali Dokota Universitetinin professoru Azər Əhmədovla görüş
Tarix: 28-06-2024 | Saat: 17:35
Bölmə:Təhsil | çapa göndər

BDU məzunu, ABŞ-nin Şimali Dokota Universitetinin professoru Azər Əhmədovla görüş

Bakı Dövlət Universitetində (BDU) BDU məzunu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dokota Universitetinin professoru Azər Əhmədovla görüş keçirilib.
Rektor Elçin Babayev bildirib ki, BDU fəaliyyət göstərdiyi 105 illik dövr ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirib. BDU məzunları dünyanın müxtəlif ölkələrində və Azərbaycanda Universiteti layiqincə təmsil edirlər. Rektor BDU-nun öz məzunları ilə fəxr etdiyini diqqətə çatdırıb.
O, BDU-da müasir dövrün tələblərinə uyğun infrastruktur islahatlarının aparıldığını, ABŞ-nin Şimali Dokota Universiteti ilə xüsusilə riyaziyyat və kimya istiqamətlərində əməkdaşlıq etməkdə, ikili diplom proqramı imzalamaqda maraqlı olduğunu deyib. Rektor Şimali Dokota Universiteti ilə “yaradıcılıq məzuniyyəti” (“sabbatical leave”) yolu ilə əməkdaşlıq imkanlarının olduğunu da deyib.
Şimali Dokota Universitetinin professoru Azər Əhmədov BDU məzunu kimi daim Universitetin təəssübünü çəkdiyini bildirib, xüsusilə magistratura və doktorantura pillələrində əməkdaşlığın vacib olduğunu deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2024