Ana Sayfa > Özəl > Boko Haram terrorçuları Nigeriyada Ali Məhkəmənin hakimini qaçırıblar
Boko Haram terrorçuları Nigeriyada Ali Məhkəmənin hakimini qaçırıblar25-06-2024, 17:13. Yazar: sevinc1 |
Nigeriyada terror təşkilatı Boko Haram üzvləri ölkənin şimal-şərqindəki Borno əyalətində Ali Məhkəmənin hakimini qaçırıb.Ölkə mətbuatında yer alan xəbərlərə görə, Borno əyalətinin Buratai-Buni Qari avtomobil yolunda terrorçular ştatın Ali Məhkəməsində işləyən hakim Haruna Mşelianın maşınına hücum ediblər.Boko Haram üzvü terrorçular hakim Mşelianı və onun ərini, həmçinin avtomobildə olan 2 nəfəri qaçırıblar. Borno əyalət polisinin sözçüsü Nahum Daso hücumu təsdiqləyib və qaçırılan şəxslərin tapılması üçün araşdırmalara başlanıldığını bildirib. 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı Boko Haramın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib. Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirdi. aia.az Tərcümə şöbəsi Geri dön |