Mobil versiya
Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir
Tarix: 28-06-2024 | Saat: 12:15
Bölmə:Gündəm | çapa göndər

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Azərbaycanda dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydası dəyişilir.

aia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılması təklif edilir.

Bundan başqa, layihədə dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin Qanunun 7.1.4-cü maddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydaları, 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə isə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydaları müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2024