Mobil versiya
Gürcüstanın baş naziri Kobaxidze: Respublika 2030-cu ildə ləyaqətlə Aİ-yə daxil olacaq
Tarix: 28-06-2024 | Saat: 18:21
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın baş naziri Kobaxidze: Respublika 2030-cu ildə ləyaqətlə Aİ-yə daxil olacaq



Xarici təsirin şəffaflığı haqqında qanuna görə Avropa İttifaqının Tbilisiyə qarşı tənqidlərinə baxmayaraq, Gürcüstan 2030-cu ildə ləyaqətlə Aİ-yə daxil olmaq niyyətindədir. Bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərini “Vzqlyad” qəzeti sitat gətirir.
“Əminik ki, Avropaya inteqrasiya prosesini ləyaqətlə davam etdirsək, 2030-cu ilə qədər Aİ-yə daxil olmaq məqsədinə nail olmaq mümkün olacaq”, - Kobaxidze bildirib.
O əlavə edib ki, Gürcüstan artıq ölkənin Avropaya inteqrasiya yolunda irəliləyişinə mənfi təsir göstərən proseslərlə üzləşib, lakin respublika buna öyrəşib.

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu yekun, üçüncü oxunuşda qəbul edib. 84 deputat onun lehinə, 30 deputat əleyhinə səs verib, daha 58 deputat bitərəf qalıb.

İyunun sonunda Avropa İttifaqının (Aİ) sammiti Gürcüstanı xarici agentlər haqqında qanuna görə assosiasiyaya qəbul prosesini dayandırmaqla hədələyib.Sənəddə bildirilir ki, xarici təsirin şəffaflığı haqqında qəbul edilmiş qanun Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrindən yayınmadır.

Bundan əvvəl Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2024