Mobil versiya
Qəlblərə inam,gözlərə nur verən İnsan -Fotolar
Tarix: 27-04-2024 | Saat: 19:06
Bölmə:Gündəm | çapa göndər

Qəlblərə inam,gözlərə nur verən İnsan

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci il dönümü münasibəti ilə YAP Laçın rayon təşkilatının 39 saylı ərazi partiya təşkilatında tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilatının sədri Samirə Həsənova çıxış edərək görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu və oftalmologiya sahəsinə verdiyi töhfələrdən danışaraq qeyd edib ki, Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır.

Digər çıxış edənlər Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmiş, onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşdığını bildirmişdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024