Mobil versiya
Qazi adından sui-istifadə edənlər… - ARZUMAN LOĞMANOĞLU YAZIR
Tarix: 31-07-2023 | Saat: 14:01
Bölmə:Manşet / Yazar1 | çapa göndər

Qazi adından sui-istifadə edənlər… -

Vətən Müharibəsindən sonra, bütün ölkədə olduğu kimi, Suraxanı rayonunda da şəhid ailələrinə və qazilərə diqqət daha artıb. Suraxanı rayonu Vətən torpaqlarının azadlığı yolunda 61 nəfər şəhid verib. Şəhidlər torpaqlarımızın azadlığı uğrunda həyatalarını qurban verdikləri kimi, onların ailələri də dövlətə əmənatdir.

Azərbaycan dövləti və onun hər bir dövlət strukturu kimi, Suraxanı Rayon İcra Hakimiyyəti də şəhidlərin əmanətinə sahib çıxmağa çalışır. Əlbəttə, vəziyyət arzuolunan səviyyəyə çatıb. Doğrudur, bütün şəhid ailələrinin və qazilərin sosial problemləri tam həll olunmayıb, amma dövlət başçısı İlham Əliyevin müəyyən etidiyi siyasətə uyğun olaraq şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli istiqamətində fəaliyyət durmadan davam edir.

Təəssüf ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan sui-istifadə etmək cəhdləri də müşahidə olunur. Bəzi insanlar hesab edir ki, müəyyən bir statusa sahib olmaq onlara qanunları tapdalamaq hüququ verir. Bu, ən çox qanunsuz tikintilər sahəsində müşahidə olunur. Bəzi qazilər və ya onların arxasında gizlənənlər qanunsuz tikinti aparmağa cəhd edirlər. Bu əməlin qarşısı alındıqda isə, dərhal “qazilərə qarşı ögey münasibət göstərildiyi” ilə bağlı şikayətlər edirlər. Bu zaman bəzən, hətta qanuni şəkildə tikinti işləri aparan qaziləri də hədəf alırlar.

İntrnet mediası söz-fikir azadlığının sərhədlərini genişləndirsə də, ifadə edilən fikrə görə məsuliyyət hissi artmayıb. Əksinə, məsuliyyət hissi azalıb. İnternetin, xüsusilə də sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək hər kəs öz fikirini geniş dairələrə yaya bilər. Ancaq bu zaman bəzi insanlar məsuliyyət hiss etmir ki, başqalarının hüququnu pozur.

Suraxanı rayonu ərazsində qanunsuz tikintiyə cəhd edib, bu əməlinin qarşısı hüquq çərçivəsində alınan şəxs qanun çərçivəsində fəaliyyət göstərən qazinin hüquqlarını pozmağa çalışır. Bu zaman böhtan kimi xarakterizə oluna biləcək fikirlər səsləndirməkdən də çəkinmir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu da hədəf almaqla İcra Hakimiyyətinin təmsilçisinə təzyiq göstərir, özünün qanunsuz əməlinə göz yumulmasını istəyir.

Çox maraqlıdır ki, bu əməli törədənlər Suraxanı rayon sakinləri də deyillər. Paytaxtın digər rayonlarından, bəzən isə respublikanın ucqar rayonlarından olan insnalar Suraxanı ərazisində hansısa obyekt tikmək üçün müəyyən torpaq sahələrini qanunsuz olaraq zəbt edirlər. Bütün bu əməllərin qarşısı alınada isə, dərhal “qazilərə qarşı ögey münasibət göstərildiyi” haqqında səs-küy qaldırırlar. Halbuki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət hər kəsə məlumdur. Bizim dediklərimizə şübhə edənlər “Google” axtarış platformasında kiçik bir axtarış aparmaqla buna əmin ola bilərlər.

Arzuman LOĞMANOĞLU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024