Mobil versiya
Qəhrəmanlar Unudulmur VİDEO-FOTO
Tarix: 09-05-2024 | Saat: 09:51
Bölmə:Gündəm / Özəl | çapa göndər

Qəhrəmanlar Unudulmur

İlyasov Süleyman Fərhad oğlu -23 fevral 1923-cü ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur.
1941-ci il BÖYÜK VƏTƏN MÜHARİBƏSİ başlayanda Cəbhəyə getmiş, cəbhə boyu ən ağır döyüşlərin iştirakçısı olmuş, Döyüşlərdə göstərdiyi şücaətlərə görə KOMANDANNIĞIN ən yüksək orden və medalları ilə təltif olunmuşdur.
1945-ci ildə Faşizim üzərində tam qələbə çaldıqdan sonra ordu sıralarından təxris olunmuşdur.



Cəbhəyə yeniyetmə yaşında əsgər kimi getmiş Süleyman İlyasov döyüşlərdə 5 il Qəhrəmanlıq göstərərək, yaxası orden -medallarla və Qəhrəman Zabit kimi Vətənə dönmüşdür.
Vətənə döndükdən sonra mülkü həyatda Xalqına, Dövlətinə layiqli töhfə vermək üçün qarşısına qoydugu ilk məqsəd ali təhsil almaq olmuşdur.
Ali təhsil almaq üçün Azərbaycan dövlət universetinin (indiki Bakı dövlət universeti) tarix fakultəsinə daxil olmuş və oranı müvvəfəqiyyətlə bitirərək ,doğma Laçın rayonunda müəllim kimi əmək fəaliyətinə başlamışdır.
Rayonun müxtəlif kəndlərində müəllim , məktəb direktoru vəzifələrində çalışaraq yüksək nailyətlər qazanmış ,SSRİ qabaqcıl Maarif Xadimi adına layiq görülmüşdür.



Rayon rəhbərliyi tərəfindən müxtəlif illərdə bir sıra məhsul vəzifələrə təyin edilərək yüksək uğurlara imza atmış , xalqın inam və etibarını qazanmış ,rayon və Resbuplika, İttifaq rəhbərlikləri tərəfindən yüksək təltiflərlə mükaflandırılmışdır.
Bir neçə çağrış Rayon Xalq Deptatları Sovetinə Deputat seçilmişdir.
30 ildən artıq 26 BAKI Komissarı adına Arıçılıq sovxozunun direktoru işləmiş Süleyman İlyasov Erməni qəsbkarları Laçın rayonunu işgal edərkən həyatını risqə ataraq Sovxozun bütün əmlakını çıxararaq Dövlətə təhfil vermişdir.
Azərbaycanın ərazi bütövlüyü ugrunda ön cəbhədə xidmət edən övladları ilə fəxr etmiş ,hər zaman onlara camaatını , Xalqını , Dövlətini sevməyi tövsüyyə etmişdir.



1941-45 ci illərdə Böyük Vətən Müharibəsində Qələbənin 55 - illiyi şərəfinə Ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamına əsasən “1941-1945-ci illər müharibəsi Veteranı nişanı ilə təltif edilmişdir.
Qəlbi hər zaman itirilmiş Vətən eşqi ilə döyünən Süleyman İlyasov 2002 -ci ildə 79 yaşında vəfat etmişdir.
İlyasov Süleyman Fərhad oglu Xalqını ,Dövlətini ,Vətənini qəlbən sevən əsil dost, qaygıkeş ata, sözün həqiqi mənasında QƏHRƏMAN Vətən oglu idi.
Görkəmli Azərbaycan şairi Novruz Gəncəlinin “Əbədi Dost” kitabında Süleyman İlyasova həsr etdiyi şerində Qəhrəmanımızın Biblioqrafiyası aydın şəkildə açıqlanır.

Allah rəmmət eləsin!






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə