Mobil versiya
Qaradağ rayonunda Heydər Əliyevin 101 illiyi və "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində tədbir keçirilib -Fotolar
Tarix: 09-05-2024 | Saat: 17:14
Bölmə:Cəmiyyət | çapa göndər

Qaradağ rayonunda Heydər Əliyevin 101 illiyi və "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində tədbir keçirilib

Qaradağ rayonu Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və"Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində tədbir keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Sevil Bədəlova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində ölkəmizin hər yerində, o cümlədən Qaradağ rayonunda çoxsaylı tədbirlərin təşkil edildiyini bildirib. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladan S.Bədəlova bildirib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin dövlət quruculuğu istiqamətində zəngin fəaliyyətindən bəhs edən direktor əvəzi onun Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına da böyük diqqətlə yanaşdığını qeyd edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin irsi geniş təbliğ edilməli, hamı bu dahi şəxsiyyət kimi Vətənini sevməli, dövlətçilik ənənələrinə hörmətlə yanaşmalıdır. Azərbaycan tarixində üç respublikanın yarandığını xatırladan YAP təşkilatının sədri I respublikanın cəmi 23 ay, ikinci respublikanın keçmiş Sovet İttifaqı tərkibində 71 il yaşadığını, lakin onların heç birinin müasir dövrümüzü əhatə edən III Respublika qədər güclü və qüdrətli olmadığını bildirib. Qafar Əliyev qeyd edib ki, II Respublika yalnız 1969-cu ildən, yəni Heydər Əliyevin ona rəhbərlik etməyə başlamasından sonra sürətli iqtisadi inkişaf yoluna çıxa bilib. Heydər Əliyevin, həmçinin, keçmiş Sovet İttifaqını idarə edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Nazirlər Kabineti sədrinin birinci müavini olduğunu xatırladan YAP rayon təşkilatının sədri məhz bu dahi şəxsiyyətin gərgin əməyi nəticəsində Azərbaycanın adının İttifaq miqyasını aşaraq bütün dünyada tanındığını vurğulayıb.
Azərbaycanın müstəqilliyi bərpa etməsindən sonra düşdüyü ağır vəziyyəti xatırladan Qafar Əliyev ölkəmizi bu xaosdan Ulu Öndər Heydər Əliyevin xilas etdiyini xüsusi qeyd edib. Bildirib ki, bu dahi şəxsiyyətin gərgin əməyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilib, iqtisadi inkişafın, ordu quruculuğunun əsası qoyulub. Eyni zamanda, müstəqillik illərində Azərbaycanı qələbədən qələbəyə aparan Yeni Azərbaycan Partiyası yaradılıb.
Heydər Əliyevi, həmçinin islahatçı lider kimi xarakterizə edən YAP rayon təşkilatının sədri məhz Ulu Öndərin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlətin qurulduğunuı, vətəndaş həmrəyliyinin yaradıldığını qeyd edib. O vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi inkişaf strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yalnız regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik İli” elan olunduğunu qeyd edən Qafar Əliyev bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın nəticəsidir, Bu, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə ərazi partiya təşkilatının sədri Xanım Tanrıverdiyeva, YAP üzvləri Səriyyə Nuriyeva, Natiq Ağayev, Aynur İsmayılova, Mürvət Əliquliyev, Zümrüd Hüseynova və başqaları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təbitəin və ətraf mühtin mühafizəsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd ediblər ki, Azərbaycanın iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması ilə əlaqədar beynəlxalq layihələrdə fəal iştiraknın böyük qürur hissi doğurur. Həmçinin, ölkəmizin cari ilin noyabrında COP29-a ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində fəaliyyəti qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir.
Tədbirə yekun vuran Sevil Bədəlova iştirakçılara minnətdarlığını bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024