Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar dama idman növü üzrə rayon turniri keçirildi -Fotolar
Tarix: 08-05-2024 | Saat: 20:25
Bölmə:Cəmiyyət | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının                    101-ci ildönümü ilə əlaqədar dama idman növü üzrə rayon turniri keçirildi

07-08 may 2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax - Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında dama idman növü üzrə rayon turniri keçirildi. 40 nəfərin iştirak etdiyi turnirə may ayının 8-də yekun vuruldu və qaliblər mükafatlandırıldı.

aia.az xəbər verir ki, tədbiri Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktor əvəzi Nizami Hüseynov açaraq tədbirin məqsədi və mahiyyəti barədə ətraflı məlumat verdi.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs etdi.
Rayon təşkilatının sədri bidirdi ki, sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana göstərilən yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirdi.
Turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan idmançılara Fəxri Fərmanlar təqdim edildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024