Bolqarıstanla strateji tərəfdaşlıq genişlənir
Tarix: 09-05-2024 | Saat: 15:30
Bölmə:Siyasət / Özəl | çapa göndər
Bu gün Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. 2015-ci ildən isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hazırda Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Bu iki ölkə arasında ən yüksək səviyyədə siyasi-strateji dialoq aparılır. Azərbaycan və Bolqarıstam Prezidentlərinin mütəmadi görüşləri təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığına, həmçinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
O cümlədən may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana növbəti rəsmi səfəri də iki ölkə arasında əlaqələrin inkişafına yeni dinamika verəcək. Təsadüfi deyil ki, bu səfərlə bağlı mətbuata verdiyi bəyanatında cənab Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi və yeni nəticələrin əldə edilməsi üçün böyük imkanların olduğunu vurğuladı. Qeyd olundu ki, son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. İldən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bununla yanaşı hazırda Azərbaycan Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Artıq bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Bu da öz növbəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində rolunu bir qədər də önə çəkəcək.
Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024