İran yüksəkvəzifəli ABŞ rəsmilərinə sui-qəsd hazırlayıb? - Ağ Evdən cavab
Tarix: 17-11-2026 | Saat: 08:13
Bölmə:Dünya | çapa göndər

İranın ABŞ-nin paytaxtı Vaşinqtonda “çirkli bomba” partlatmaq planları hazırladığı iddia olunub.
aia.az xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, kəşfiyyat hesabatı Amerika rəsmilərini təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.
Məsələdən xəbərdar olan mənbələr bildirirlər ki, bu hazırlıqlar yaxın vaxtlarda həyata keçiriləcək qaçılmaz hücumdan daha çox, Tehranın gələcək ssenarilər üçün özünə fərqli təsir imkanları yaratmaq cəhdi kimi dəyərləndirilir. Bununla belə, Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrini hədəf alan bu potensial sui-qəsd ssenarisi Vaşinqtonu qabaqlayıcı ehtiyat tədbirləri görməyə sövq edib.
Məlumata münasibət bildirən Ağ Ev rəsmiləri isə ictimaiyyəti sakitləşdirməyə çalışaraq vəziyyətin nəzarət altında olduğunu vurğulayıblar. Rəsmi açıqlamada qeyd olunub ki, Birləşmiş Ştatlar “bütün potensial təhlükələri diqqətlə izləyir, lakin hazırkı məqamda ölkə üçün ciddi və etibarlı bir təhlükə mövcud deyil”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026
16-11-2026