Mobil versiya
İlham Əliyev Kambocanın Baş nazirini qarşıladı - FOTOLAR
Tarix: 12-10-2026 | Saat: 10:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev Kambocanın Baş nazirini qarşıladı

Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

aia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026