Mobil versiya
Tovuzda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı ərazi partiya təşkilatlarında tədbirlər keçirilib -Fotolar
Tarix: 12-10-2026 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Tovuzda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

YAP Tovuz rayon təşkilatı Tovuz Dövlət Sosial İqtisadi Kolleci, Tovuz Peşə Təhsil Mərkəzi, 26 saylı Yol İdarəsi və Aşıq Mirzə Bayramov küçəsi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirilmişdir.
Yığıncaqlarda da YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə, ərazi partiya təşkilatlarının fəalları iştirak etmişdir.
Çıxış edənlər bildirdilər ki, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda ölkə prezidentinin proqram xarakterli nitqi hər bir Azərbaycan vətəndaşı, hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğunu bir daha diqqətə çatdırdılar.

 Çıxışlarda qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində cəmiyyətlə əlaqələrin gücləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və milli maraqlar ətrafında ictimai həmrəyliyin möhkəmləndirilməsi mühüm yer tutduğu, müasir çağırışlara uyğun fəaliyyət göstərmək, vətəndaşlarla açıq dialoqu inkişaf etdirmək və cəmiyyətin müxtəlif təbəqələrinin təşəbbüslərinə dəstək vermək partiyanın qarşısında duran əsas vəzifələrdəndir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərir ki, partiyanın missiyası əldə edilmiş nailiyyətlərin qorunması ilə yanaşı, ölkəmizin gələcək inkişafına xidmət edən yeni təşəbbüslərin dəstəklənməsini və strateji hədəflərin reallaşdırılmasını da əhatə edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026