Mobil versiya
Rusiya üçün sarsıdıcı ZƏRBƏ - Ballistik raketlərin xidmət mərkəzi vuruldu
Tarix: 11-10-2026 | Saat: 18:14
Bölmə:Dünya | çapa göndər

Rusiya üçün sarsıdıcı ZƏRBƏ - Ballistik raketlərin xidmət mərkəzi vuruldu


Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin (QBR) ləğvi mərkəzinə zərbə endirib.
aia.az xəbər verir ki, USQ-nin Baş Qərargahının məlumatına əsasən, müəssisədən partlayıcı maddələrin və raket yanacağının komponentlərinin istehsalı üçün istifadə olunurdu.

Mərkəz 1991-ci ildə 32193 saylı hərbi hissənin bazasında yaradılıb. Əvvəlcə strateji hücum silahlarının ixtisarına dair müqavilələr çərçivəsində sovet istehsalı olan qitələrarası raketlərin utilizasiyası ilə məşğul olub. Ümumilikdə, obyektdə R-36 və UR-100N UTTX tipli 448 raket məhv edilib.

Sonralar müəssisə R-36M "Voyevoda" raketlərinə texniki xidmət göstərilməsini və onların "Dnepr" daşıyıcı raketlərinə çevrilməsini də təmin edib.

Nəşrin məlumatına görə, "Dnepr" proqramı 2015-ci ildə dayandırıldıqdan sonra mərkəz Rusiyanın kosmik proqramları üçün maye raket yanacağının komponentlərinin tədarükünə davam edib.

Zərbə nəticəsində obyektə dəyən ziyanın miqyası hələlik məlum deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə