Mobil versiya
Sabah bu rayonun kəndlərində işıq olmayacaq
Tarix: 11-10-2026 | Saat: 20:00
Bölmə:Ölkə | çapa göndər

Sabah bu rayonun kəndlərində işıq olmayacaq


Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“aia.az” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdəki abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2026