Mobil versiya
Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
Tarix: 12-10-2026 | Saat: 09:48
Bölmə:Dünya | çapa göndər

Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi

Pakistan hökuməti Əfqanıstanla sərhəddə yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət və birbaşa federal idarəetmə rejimi tətbiq edib.

aia.az xəbər verir ki, qərar prezident Asif Əli Zərdarinin Nazirlər Kabinetinin tövsiyələrini təsdiqləməsindən sonra qəbul edilib.

Baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən fövqəladə hökumət iclasında əyalətdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Baş nazirin ofisinin açıqlamasında əyalət hökumətinin terrorizmlə mübarizədən “qəsdən kənarda qalması” məsələsinin nəzərə alındığı və prezidentə konstitusion səlahiyyətlərindən istifadə etməyin tövsiyə olunduğu bildirilib.

Bundan əlavə, federal hökumət mülki hakimiyyət orqanlarına dəstək məqsədilə hərbi qüvvələrin və texnikanın yerləşdirilməsinə icazə verib. Əyalətin inzibati mərkəzi olan Peşəvər ətrafında konteynerlər quraşdırılıb, polis qüvvələri gücləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə