Mobil versiya
Türkiyə Körfəzdə hərbi mövqeyini böyüdür: Səudiyyədə baza planı gündəmdə
Tarix: 07-10-2026 | Saat: 20:14
Bölmə:Özəl | çapa göndər

Türkiyə Körfəzdə hərbi mövqeyini böyüdür: Səudiyyədə baza planı gündəmdə




Türkiyənin Səudiyyə Ərəbistanındakı hərbi iştirakını genişləndirərək ölkədə öz hərbi bazasını yaratmaq imkanını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, plan Məkkə Müdafiə Paktı çərçivəsində həyata keçirilə bilər.

Ankaranın yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda hərbi kontingent və texnika göndərməsi də nəzərdə tutulur. Türkiyənin 2025-ci ildən etibarən strateji infrastrukturun mühafizəsi məqsədilə ölkədə 200-dən çox hərbi mütəxəssis və texniki heyət saxladığı, həmçinin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrindən istifadə etdiyi qeyd olunur.

Yayılan məlumatlara əsasən, oktyabrın 5-də Ər-Riyadda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birgə müdafiə öhdəliklərinin praktiki icrası və qüvvələrin yerləşdirilməsi məsələlərini müzakirə ediblər. Plan çərçivəsində Türkiyənin yaxın və orta mənzilli HHM sistemlərinin Səudiyyə Ərəbistanındakı dörd strateji qaz və elektrik enerjisi obyektinin təhlükəsizliyinə cəlb olunacağı bildirilir.

Göndəriləcək şəxsi heyətin dəqiq sayı hələ açıqlanmayıb. Türkiyə hərbçilərinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi üçün isə Türkiyə Böyük Millət Məclisinin qərarı tələb olunur və məsələnin oktyabr ərzində səsverməyə çıxarıla biləcəyi gözlənilir.

Səudiyyə Ərəbistanında daimi Türkiyə hərbi bazasının yaradılması barədə hələ yekun rəsmi qərar açıqlanmayıb. Plan təsdiqlənərsə, bu addım Türkiyənin Qətərdən sonra Körfəz bölgəsində hərbi mövcudluğunu genişləndirən mühüm mərhələyə çevrilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026