Mobil versiya
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
Tarix: 07-10-2026 | Saat: 14:06
Bölmə:Gündəm | çapa göndər

Qəzənfər Abdullayev vəzifəsindən azad edildi

Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.

aia.az xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və qurum sədrinin vəzifəsindən azad olunması məsələsinə baxılıb.

Qərara əsasən, Qəzənfər Abdullayev postundan azad edilib və bu vəzifə yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı mandatından məhrum edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026