İranda hakimiyyətin açarı kimdədir? Vaşinqton Tehrandakı qərar mexanizmini sorğulayır
Tarix: 07-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun İranla razılaşmaya açıq olduğunu, lakin Tehranda mühüm qərarların kim tərəfindən verildiyinin tam aydın olmamasının danışıqları çətinləşdirdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə təmas aparsa da, onların bütün güc mərkəzləri üzərində nə qədər təsirə malik olması sual doğurur.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İranın siyasi sistemində formal olaraq ən yüksək səlahiyyət ali rəhbərə məxsusdur. Prezident hökumətə, iqtisadi və büdcə siyasətinə rəhbərlik edir, diplomatik prosesdə mühüm rol oynayır, lakin hərbi və milli təhlükəsizlik məsələlərində qərarvermə daha mürəkkəb mexanizm üzərindən həyata keçirilir.
Ekspert hesab edir ki, xüsusilə müharibə şəraitində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və hərbi-təhlükəsizlik elitasının təsiri artıb. Bu səbəbdən Pezeşkian və Əraqçinin Vaşinqtonla əldə edə biləcəyi mümkün razılaşmanın İran daxilindəki digər güc mərkəzləri tərəfindən qəbul edilib-edilməyəcəyi ABŞ üçün əsas suallardan biridir.
Əsədullazadə Ali Milli Təhlükəsizlik Şurasının da bu prosesdə mühüm koordinasiya mərkəzlərindən biri olduğunu vurğulayıb. Xarici siyasət, nüvə proqramı, hərbi məsələlər və ABŞ-la mümkün razılaşma kimi strateji mövzular yalnız prezident administrasiyasının qərarları ilə məhdudlaşmır.
Beləliklə, Tehranda qərarvermə bir şəxsin və ya yalnız hökumətin əlində cəmləşmiş sadə mexanizm deyil. Ali rəhbərlik, prezident administrasiyası, Ali Milli Təhlükəsizlik Şurası və hərbi-təhlükəsizlik strukturlarının təsiri İranın mühüm qərarlarının formalaşmasında müxtəlif səviyyələrdə rol oynayır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər