Mobil versiya
"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - Prezident
Tarix: 07-10-2026 | Saat: 11:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" -

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, itkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. “Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir”, - deyə müraciətdə vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026