Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında -Foto
Tarix: 07-10-2026 | Saat: 14:25
Bölmə:Siyasət / Parlament | çapa göndər

Oktyabrın 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
İlk növbədə, “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi Azərbaycanın beynəlxalq iqlim gündəliyi üzrə fəaliyyətinin davam etdirilməsi və BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra komitə sədri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında danışıb. O, dəyişikliklərin balıqçılıq sahəsində dövlət nəzarətinin daha operativ və davamlı həyata keçirilməsinə, eləcə də aqrar sektorda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı öhdəliklərin risk əsaslı yanaşma və konkret kəmiyyət meyarları əsasında müəyyənləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
Gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit İttifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Sadiq Qurbanov qeyd edib ki, qanun layihəsi “Aqrar sahə haqqında” qanun layihəsinə uyğun hazırlanıb və həmin qanunda nəzərdə tutulan normaların, eləcə də istifadə edilən anlayışların aidiyyəti sahəvi qanunvericilik aktlarında öz əksini tapmasını nəzərdə tutur.
Məsələlərlə bağlı müzakirədə komitənin üzvləri Nigar Arpadarai, Vüqar Rəhimzadə, Rövşən Muradov və Asif Əsgərov çıxış edərək sənədlərlə bağlı fikirlərini səsləndiriblər.
Müzakirəyə təqdim olunan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə sədrinin müavini Fatma Yıldırım, komitənin üzvləri Bədəl Bədəlov, Afət Həsənova, Eyvaz Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2026