Mobil versiya
Messi Argentina millisi ilə vidalaşdı
Tarix: 07-10-2026 | Saat: 09:43
Bölmə:Karusel / İdman | çapa göndər

Messi Argentina millisi ilə vidalaşdı

Argentina milli futbol komandası yoldaşlıq oyununda Benini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma hücumçu Lionel Messinin milli komandadakı son oyunu olub.

aia.az xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüşdə Argentina millisinin qollarını Nikolas Otamendi, Niko Paz və Lionel Messi vurub. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə edib.

Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026