20 Sentyabr - Dövlət Suverenliyi Günü
Tarix: 20-09-2026 | Saat: 11:05
Bölmə:Siyasət | çapa göndər

Hər bir xalqın ən ali məqsədi və ən böyük nailiyyəti öz taleyinin sahibi olmaq, müstəqil dövlətini qurmaq və onu davamlı inkişaf etdirməkdir. Tarix boyu xalqımız müxtəlif çətinliklərlə, amansız işğal və məhrumiyyətlərlə üzləşsə də, heç bir xarici qüvvə onun müstəqillik və dövlətçilik əzmini qıra bilməmişdir. Bu gün Azərbaycan xalqı tam müstəqil, qüdrətli bir dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz ən dəyərli milli sərvətimizdir. Məhz bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü təsis edilmişdir. Bu mühüm qərar, xalqımızın yenilməz iradəsinin və tarixi ədalətin bərpasının rəsmi təntənəsidir.
Müstəqilliyimiz bizim şöhrətimiz, qürurumuz, mənliyimiz və mövcudluğumuzun yeganə qarantıdır. Dövlət müstəqilliyini qazanmaq nə qədər şərəfli və çətindirsə, onu qoruyub saxlamaq ondan qat-qat mürəkkəbdir. Azərbaycan öz müasir dövlətçilik tarixində haqq etdiyi hörməti və nüfuzu dünya birliyinə qəbul etdirmək üçün ardıcıl və sarsılmaz iradə nümayiş etdirmişdir. Bu gün respublikamız yalnız öz hüdudları daxilində deyil, bütün regionda sabitlik və rifah mənbəyinə çevrilmiş, demokratik və iqtisadi yüksəlişi ilə hər kəsin diqqət mərkəzindədir. Millətimizin ortaq şah əsəri olan müstəqil dövlətimizə sahib çıxmaq, onun parlaq gələcəyi naminə yorulmadan çalışmaq, zərurət yarandıqda isə ən böyük fədakarlıqları göstərmək hər birimizin müştərək vəzifəsidir. Dövlətimizin, millətimizin və vətənimizin bütövlüyünə, birliyinə xələl gətirməyə çalışan, həm daxildə, həm də xaricdəki heç bir qüvvəyə, imperialist təzyiqlərə əsla fürsət verilməyəcəkdir. Birlik və bərabərlik ruhumuz bizə qarşı qurulan bütün məkrli terror, çevriliş, maliyyə və media hücumlarını puç etməyə qadirdir. Xalqımızın ortaq iradəsi ilə dövlətimiz bu torpaqlarda daha dərin kök salacaq və suveren Azərbaycan Respublikası əbədi yaşayacaqdır.
Bu əbədi yaşayışın ən bariz nümunəsi isə tarixi ədalətin bərpası və ölkəmizin hər bir qarışında qanunlarımızın bərqərar olmasıdır. CənabPrezident İlham Əliyevin 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetində etdiyi tarixi çıxışında qeyd etdiyi kimi: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Doğrudan da, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri təkcə ölkəmizin deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyinə misilsiz töhfə verdi. Məhz həmin əməliyyat nəticəsində sentyabrın 20-də dövlətimizin bütün ərazilərində tam suverenlik birdəfəlik bərpa olundu. Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır; biz bu torpaqlarda qanımızla, canımızla yeni bir şanlı tarix yazdıq və gələcəkdə də dövlətçiliyimizin qüdrətini daim uca tutacağıq.
Bu tarixi zəfərin memarı, xalqımıza yeni bir gələcək və qürur dolu istiqbal bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. 30 il davam edən amansız işğala son qoyaraq, dövlətimizin Konstitusiya quruluşunu bərpa edən rəhbərimiz, 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli şanlı Dövlət Bayrağımızı ucaltmaqla suverenliyimizin tam legitimliyini bütün dünyaya rəsmən bəyan etdi. Bu gün həmin bayraq mavi səmada qürurla dalğalanır və istiqlalına qəsd edənlərə qarşı aparılan bənzərsiz Qurtuluş Döyüşünün qələbə müjdəsini verir. Bu möhtəşəm qələbəni bizə yaşadan, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirik. Bütün sınaqlardan alnıaçıq çıxan Azərbaycan Respublikası öz suverenliyi ilə XXI əsrə öz damğasını vurmaqdadır. Azərbaycan daim xoşbəxt, zəfərli olacaq, əbədiyyətə qədər var olacaq və tam müstəqil yaşayacaqdır!
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-09-2026
19-09-2026