Əbu-Dabidəki danışıqlar son olmayacaq - Budanov
Tarix: 07-11-2026 | Saat: 10:04
Bölmə:Dünya | çapa göndər

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların sonuncu görüş olmayacağını bildirib.
aia.az xəbər verir ki, CBS News-un məlumatına görə, Budanov Ukrayna nümayəndə heyətinin sülh danışıqlarında iştirak etmək üçün Əbu-Dabiyə yollanacağını açıqlayıb. O, görüşdən ciddi irəliləyiş gözləmədiyini, lakin tərəflər arasında danışıqların aparılmasının özünün müəyyən irəliləyiş olduğunu qeyd edib.
“Bir daha təkrar edirəm ki, bu danışıqlar sonuncu deyil və yekun xarakter daşımır. Müzakirə edəcəyimiz yeganə məsələ müharibənin başa çatdırılması istiqamətində davam edən hazırlıqdır. Nəyə nail olacağımız barədə danışmaqdan çəkinəcəyəm”, – Budanov bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Rusiya və Ukraynanın ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə danışıqlar aparacağını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiya nümayəndə heyətinin görüşdə iştirakını təsdiqləyib. O bildirib ki, prezidentin köməkçisi Vladimir Medinski Rusiyanın baş danışıqçısı olaraq qalacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2026
09:32 Sürücülərin nəzərinə!
06-11-2026