Mobil versiya
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
Tarix: 11-09-2026 | Saat: 10:14
Bölmə:İdman | çapa göndər

“Neftçi” “İmişli”yə qarşı -

Misli Premyer Liqasında V turun oyunlarına bu gün start veriləcək.

aia.az xəbər verir ki, turun ilk və günün yeganə qarşılaşmasında "İmişli" doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.

Hazırda "Neftçi" 9 xalla turnir cədvəlinə başçılıq edir. "İmişli" isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, V tur

11 sentyabr

16:30. "İmişli" - "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev

VAR: Emin Əliyev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

Qeyd edək ki, V turun digər oyunları sentyabrın 12, 13 və 14-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026