ASCO-da hər 5 işçidən biri artıq yoxdur - Şirkət səbəbi açıqladı
Tarix: 10-09-2026 | Saat: 19:58
Bölmə:Manşet / Özəl | çapa göndər

Azərbaycanın mühüm dövlət şirkətlərindən biri olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işçilərin sayının cəmi altı ay ərzində təxminən 20 faiz azalması diqqət çəkən rəqəmdir. Plat.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ilin sonunda ASCO-da 7 482 nəfər çalışıb. 2026-cı ilin iyun ayının sonuna isə bu göstərici 6 034 nəfərə düşüb. Bu, 1 448 nəfərlik azalma deməkdir. Başqa sözlə, ilin əvvəlindən etibarən şirkətin hər beş əməkdaşından biri artıq işçi heyətində deyil. Daha diqqətçəkən məqam isə ixtisarların ilin ikinci rübündə də davam etməsidir. Belə ki, 2026-cı ilin I rübünün sonunda ASCO-da 6 315 nəfər çalışıb. Aprel-iyun aylarında isə işçilərin sayı daha 281 nəfər azalıb.
Təbii ki, iri dövlət şirkətində əməkdaşların sayının optimallaşdırılması müxtəlif iqtisadi və idarəetmə səbəbləri ilə bağlı ola bilər. Lakin söhbət altı ayda 1 448 nəfərlik azalmadan gedirsə, bu artıq yalnız adi kadr dəyişiklikləri kimi qiymətləndirilə bilməz. Burada əsas sual ASCO-da hansı proseslərin getdiyi və belə ciddi ixtisarın arxasında hansı səbəblərin dayandığıdır. Şirkətin fəaliyyətində struktur dəyişiklikləri, xərclərin optimallaşdırılması, müəyyən funksiyaların birləşdirilməsi və ya iş həcminin dəyişməsi kimi amillər rol oynaya bilər. Ancaq konkret səbəb açıqlanmadığı halda, ortaya çıxan rəqəmlərlə bağlı müxtəlif sualların yaranması da təbiidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, ASCO sadəcə kommersiya qurumu deyil, Azərbaycanın dəniz nəqliyyatı və yükdaşımaları sistemində mühüm yer tutan strateji şirkətlərdən biridir. Bu baxımdan belə böyük miqyaslı kadr azalmasının şirkətin fəaliyyətinə, xidmətlərin keyfiyyətinə və əməkdaşların iş yükünə təsir edib-etmədiyi də aydınlaşdırılmalıdır. Məsələnin digər tərəfi isə ixtisar olunan 1 448 nəfərin taleyidir. Onların hansı səbəblərlə işdən ayrıldığı, struktur dəyişikliyi nəticəsindəmi, müqavilələrin başa çatması səbəbindənmi, yoxsa optimallaşdırma tədbirləri çərçivəsindəmi işdən azad edildiyi ictimaiyyət üçün maraqlıdır. ASCO-nun işçi sayındakı bu kəskin dəyişiklik həm də şirkətin növbəti dövr üçün hansı idarəetmə və maliyyə strategiyasını seçdiyinə dair suallar yaradır. Əgər məqsəd səmərəliliyin artırılmasıdırsa, bunun nəticələrinin hansı göstəricilərdə özünü göstərəcəyi də vacibdir.
Bir sözlə, rəqəmlər kifayət qədər ciddidir: altı ayda 1 448 nəfər. Bu rəqəm istər-istəməz “ASCO-da nə baş verir?” sualını gündəmə gətirir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) aia.az-ın sorğusuna cavab olaraq bildirib ki, rəsmi hesabatda əks olunduğu kimi, 2025-ci ilin yekununa ASCO üzrə əməkdaşların sayı 7 482 nəfər, 2026-cı ilin iyun ayının sonuna isə 6 034 nəfər təşkil edib:
“Qeyd olunan dövrdə əməkdaş sayındakı dəyişiklik, əsasən təbii kadr axını ilə əlaqədar olmuşdur. Belə ki, bu dövrdə əməkdaşların bir qismi yaşa görə pensiya hüququ əldə etməsi ilə əlaqədar əmək fəaliyyətini başa vurmuş, digər qismi isə öz təşəbbüsü və şəxsi ərizəsi əsasında işdən ayrılmışdır. Bununla yanaşı, şirkətdə istehsalat və əməliyyat ehtiyaclarından irəli gələrək həyata keçirilən müvafiq struktur və optimallaşdırma tədbirləri çərçivəsində əməkdaşların bir hissəsinin digər istehsalat sahələrində və müəssisələrində əmək fəaliyyətini davam etdirməsi təmin edilmişdir”.
P.S. Qarşı tərəf səsləndirdiyimiz bütün iddiaları qəbul etdi. Lakin əsas məsələ həmin iddiaların səbəblərinin dolğun və oxucularımızın asanlıqla anlayacağı formada izah edilməsidir. Burada söhbət 5-10 nəfərin deyil, minlərlə insanın işsiz qalması ehtimalından gedir. Ona görə də məsələnin mahiyyəti, səbəbləri və mümkün nəticələri ətraflı şəkildə açıqlanmalıdır.
Aysel Muxtar
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər