Ana Sayfa > İdman > “Neftçi” “İmişli”yə qarşı -
“Neftçi” “İmişli”yə qarşı -Bu gün, 10:14. Yazar: Subhan |
![]() Misli Premyer Liqasında V turun oyunlarına bu gün start veriləcək. aia.az xəbər verir ki, turun ilk və günün yeganə qarşılaşmasında "İmişli" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq. Hazırda "Neftçi" 9 xalla turnir cədvəlinə başçılıq edir. "İmişli" isə 4 xalla 8-ci pillədə qərarlaşıb. Misli Premyer Liqası I dövrə, V tur 11 sentyabr 16:30. "İmişli" - "Neftçi" Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev VAR: Emin Əliyev AVAR: Akif Əmirəli Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Nəriman Axundov Yevlax şəhər stadionu Qeyd edək ki, V turun digər oyunları sentyabrın 12, 13 və 14-də keçiriləcək. aia.az Geri dön |