146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
Tarix: 10-09-2026 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi davam etdirilir.
“aia.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən bu dəfəki prosesdə Arzunun anası Zülfiyyə Xəlilova da iştirak edib.
Daha əvvəl Salican Mehmetdən şikayətçi olmadığını bildirən zərərçəkmiş şəxsin anası bu dəfə fikrini dəyişib. O, Salicana ağır cəza verilməsini tələb edib və ondan şikayətçi olduğunu ifada edib.
Bundan başqa, Salican Mehmetin ruhi-psixioloji vəziyyətinin qiymətləndirilməsi üçün əlavə ekspertizanın təyin edilməsi ilə bağlı qərar çıxarılıb.
Məhkəmədə ifadə verən S.Mehmet həyat yoldaşını qətlə yetirməyi əvvəldən planlaşdırmadığını, bir sıra yaxınlarının onu cinayətə təhrik etdiyini iddia edib.
Qeyd edək ki, daha əvvəlki məhkəmə prosesində S.Mehmet psixi xəstəlik keçirdiyini demiş və ekspertizanın təyin edilməsini tələb etmişdi.
Xatırladaq ki, hadisə 3 noyabr 2025-ci ildə Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.
Yerli prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb.
O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər