Mobil versiya
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
Tarix: 08-09-2026 | Saat: 07:16
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Süni intellekt bu peşəni sərt şəkildə vurdu:

Milyonlarla insanın istifadə etdiyi süni intellekt söhbət botu "ChatGPT" düz 40 min gəncin əsas dolanışıq mənbəyi olan gəlirli sahəni demək olar ki, bazardan silib atdı.

Xüsusilə inkişaf etməkdə olan ölkələrdə internet üzərindən sərbəst şəkildə (freelance) çalışan minlərlə rəqəmsal əməkçi üçün süni intellekt əsl dağıntıya çevrilib. Illərdir ali təhsilli gənclərin ən böyük gəlir maddəsi olan onlayn məzmun və ev tapşırığı istehsalı OpenAI-ın inkişaf etdirdiyi yaradıcı süni intellekt sistemləri qarşısında uduzub.

aia.az xəbər verir ki, hekayə ucuz və yüksək sürətli internetin yayılması ilə başladı. Universitet məzunu gənc işsizlərin çox olduğu bölgədə, xaricdəki tələbələr üçün akademik mətn və tapşırıq hazırlamaq sektoru nəhəng bir bazara çevrildi. Adambaşına başına 40-70 dollar qazandıran bu sahə minlərin gəncin həyatını xilas edən bir çörək ağacına çevrilmişdi. Tək bir şəhərdə təxminən 40 min nəfərin bu sistemdən mütəmadi gəlir əldə etdiyi bildirilirdi.

"ChatGPT" bazara çıxarıldıqdan sonra tələbələr saniyələr içində pulsuz mətnlər istehsal etmək imkanı qazandılar və kölgə yazarlara olan tələbat dərhal kəskin azaldı. Lakin süni intellektin səbəb olduğu fəlakət təkcə yazarlıqla məhdudlaşmadı; səs-mət transformasiyası (transkripsiya) və məzmun moderatorluğu kimi yüz minlərlə insanın sığındığı rəqəmsal çörək qapıları da bir-bir bağlandı.

Mütəxəssislər və işini itirən işçilər baş verənlərin aysberqin yalnız görünən tərəfi olduğunu xatırlatdılar. Süni intellektin qlobal miqyasda çox daha böyük bir məşğulluq böhranına səbəb olacağını qeyd edirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026