Mobil versiya
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar - Messi var, Ronaldo kənarda qaldı
Tarix: 07-09-2026 | Saat: 23:56
Bölmə:İdman | çapa göndər

ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar - Messi var, Ronaldo kənarda qaldı


Fransanın nüfuzlu “L’Équipe” nəşri Çempionlar Liqası tarixində bütün zamanların rəmzi yığmasını tərtib edib.

“aia.az” xəbər verir ki, siyahıda diqqətçəkən əsas məqam argentinalı ulduz Lionel Messinin heyətdə yer alması, turnirin bütün zamanların ən yaxşı bombardiri Kriştianu Ronaldonun isə kənarda qalması olub.

Eyni zamanda, fransız nəşrinin hazırladığı siyahıya heç bir fransalı futbolçunun (Zinəddin Zidan, Kərim Benzema və s.) daxil edilməməsi də azarkeşlərin və mütəxəssislərin kəskin tənqidinə səbəb olub.

Nəşrin versiyasına görə, rəmzi yığma aşağıdakı kimidir:

Qapıçı: Rey Klemens (“Liverpul”)

Müdafiəçilər: Dani Karvaxal (“Real Madrid”), Frants Bekkenbauer (“Bayern Münhen”), Franko Baresi (“Milan”), Paolo Maldini (“Milan”)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”), Andres İnyesta (“Barselona”)

Hücumçular: Lionel Messi (“Barselona”), Yohan Kroyf (“Ayaks”), Corc Best (“Mançester Yunayted”), Alfredo Di Stefano (“Real Madrid”)

Xatırladaq ki, Çempionlar Liqasının son qalibi finalda Londonun “Arsenal” klubuna qalib gələn Fransanın PSJ komandasıdır. ÇL-in yeni 2026/27 mövsümünün liqa mərhələsinə isə sentyabrın 8-də start veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026