Mobil versiya
“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
Tarix: 07-09-2026 | Saat: 20:43
Bölmə:Dünya | çapa göndər

“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin güclənməsindən və bölgədə sülh yaratmasından narahat olan qüvvələrin Türkiyəni öz yolundan döndərə bilməyəcəyini açıqlayıb.

“aia.az” xəbər verir ki, Türkiyə dövlət başçısı ölkənin tarixi keçmişinə, xarici siyasətinə, regional gərginliklərə və iqtisadi göstəricilərə toxunub:

“Bu torpaqlarda heç kimə hərbi əməliyyat etdirmərik. Bölgəmizdə ölkəmizi mühasirəyə almaq niyyətlərini tribunalardan izləməyəcəyik. Səlcuqlu və Osmanlı irsini yox sayan tarix oxunmalarını xoşniyyətli hesab etmirik. Türkiyəyə düşmənçilik edənlər itirəcəklər”.

Türkiyə Prezidenti İrandakı böhranın qlobal neft qiymətlərini rekord həddə çatdırdığını da vurğulayıb:

“Hörmüzdəki düyün çözülmədikcə, neft qiymətləri hər kəsi çətinə salacaq. Bütün bunlara baxmayaraq, avqustda ixracatımız 23,5 milyard dollara yüksələrək rekord vurub, illik ixracat isə 280,3 milyard dollara çatıb”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026