Mobil versiya
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq - BAX Bu Da Belə
Tarix: 07-09-2026 | Saat: 22:09
Bölmə:Gündəm / Siyasət | çapa göndər

“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq


İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında yeni tələb qoyub.

aia.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, Tehran Zəngəzur dəhlizinin təhlükəsizliyinin ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin hərbi qüvvələri tərəfindən təmin edilməsini istəyir. Bildirilir ki, ikinci halda söhbətin Rusiyanın hərbi qüvvələrindən getdiyi ehtimal olunur.

Məlumata görə, İranın əsas məqsədi öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinə imkan verməməkdir. Tehran xəbərdarlıq edir ki, gərginliyin artacağı təqdirdə İran sərhədləri yaxınlığında yerləşdiriləcək amerikalı hərbçilər legitim hədəf kimi nəzərdən keçirilə bilər.musavat



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026