Mobil versiya
Külək irigövdəli ağacı yola aşırdı - Video-Yenilənib
Tarix: 07-09-2026 | Saat: 19:40
Bölmə:Ölkə | çapa göndər

Külək irigövdəli ağacı yola aşırdı - Video-Yenilənib


Günorta saatlarından Cəlilabad rayonunda müşahidə olunan küləkli hava rayonda müəyyən problemlərə səbəb olub.

“Qafqazinfo”xəbər verir ki, Cəlilabad-Göytəpə yolunda və Göytəpə şəhərində ağacları aşırıb, xüsusilə yol ətrafındakı istixanalara ciddi ziyan vurub.

İrigövdəli ağacların yolun hərəkət hissəsini düşməsi ilə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları da cəlb olunub və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Hazırda cənub bölgəsində güclü külək davam edir.


***

Həmin ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub. Polis və Aidiyyəti qurumlar tərəfindən hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026