Mobil versiya
Moskva Paşinyanı gözləyir: Kreml səfərin anonsunu verdi
Tarix: 07-09-2026 | Saat: 20:33
Bölmə:Özəl | çapa göndər

Moskva Paşinyanı gözləyir: Kreml səfərin anonsunu verdi




Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər edəcəyi gözlənilir. Bununla bağlı açıqlamanı Kremlin sözçüsü Dmitri Peskov verib.

Peskov bildirib ki, səfərin konkret tarixi hələ razılaşdırılmayıb. Bununla belə, Paşinyanın Moskvaya səfərinin cari ilin sonunadək baş tutması nəzərdə tutulur və tərəflər görüşün təşkili üzərində işləyirlər.

Gözlənilən təmas Rusiya-Ermənistan münasibətlərinin həssas mərhələdən keçdiyi bir vaxta təsadüf edir. Son dövrdə İrəvanın Qərblə əlaqələrini genişləndirməsi fonunda Moskva ilə münasibətlərdə yaranan fikir ayrılıqları iki ölkə arasında siyasi dialoqu xüsusilə diqqət mərkəzinə gətirib.

Səfər baş tutacağı təqdirdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və regional proseslərin əsas müzakirə mövzuları sırasında olacağı gözlənilir. Paşinyanın Moskva görüşünün Rusiya-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı olub-olmayacağı isə danışıqların nəticəsindən asılı olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026