İranda hicab savaşı yenidən alovlanır: 37 deputat Pezeşkiana qarşı çıxdı
Tarix: 22-08-2026 | Saat: 14:43
Bölmə:Dünya | çapa göndər

İran parlamentinin 37 deputatı prezident Məsud Pezeşkiana müraciət edərək məcburi hicab qaydalarına əməl etməyən şəxslərə qarşı tədbir görülməsini tələb edib. Parlamentdə səsləndirilən bəyanatda deputatlar hicab qaydalarına riayət etməyən şəxsləri “çılpaqlıq mədəniyyətinin təbliğatçıları” adlandırıblar.
Millət vəkilləri prezident Pezeşkianı “əsl İran və İslam mədəniyyətinə qayğı göstərməyə”, “müqəddəs müdafiə dəyərlərini qorumağa”, eləcə də cəmiyyətdə norma pozuntularına və məcburi hicaba qarşı çıxan şəxslərə qarşı mübarizə aparmağa çağırıblar.
Məlum olduğu kimi, İranda hicab təkcə dini və mədəni məsələ deyil, uzun illərdir dövlət siyasətinin və ideoloji sistemin mühüm elementlərindən biri kimi təqdim olunur. Lakin son illərdə, xüsusilə 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra ölkədə baş verən kütləvi etirazlar cəmiyyətin bir hissəsinin məcburi hicaba və qadınların geyiminə dövlət müdaxiləsinə münasibətinin ciddi şəkildə dəyişdiyini ortaya qoydu. Bundan sonra hakimiyyət bir tərəfdən mövcud qanunların tətbiqini qorumağa, digər tərəfdən isə yeni sosial qarşıdurmanın qarşısını almağa çalışıb.
İndi isə mühafizəkar deputatların Pezeşkiana müraciəti göstərir ki, hakimiyyət daxilində məcburi hicab siyasətinin gələcəyi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Mühafizəkarlar bunu İranın “İslam və milli dəyərlərinin” qorunması məsələsi kimi təqdim edir və qaydalara əməl etməyən şəxslərə qarşı daha sərt tədbirlərin görülməsini istəyirlər. Pezeşkian administrasiyası isə daha sərt yanaşmanın cəmiyyətdə yeni narazılıqlara və etirazlara səbəb ola biləcəyini nəzərə alaraq ehtiyatlı davranır.Mövzu ilə bağlı professor, politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:
"Açıq demək lazımdır ki, başörtüsü məsələsinin birbaşa prezident Məsud Pezeşkiana yüklənməsi, bu məsələyə görə ondan hesabat və konkret addımlar tələb edilməsi açıq-aşkar provokasiya və şantajdır. Xüsusilə də söhbət milliyyətcə azərbaycanlı olan prezidentdən gedirsə, bu cür tələblərin ona yönəldilməsi ayrıca siyasi məna daşıyır. Əgər məsələ ilə bağlı qərar qəbul etmək istəyirlərsə, SEPAH generalları və İran parlamenti bu məsələni müzakirə edib öz mövqelərini ortaya qoya bilərlər.
Məlumdur ki, İran rejimi Məhsa Əmininin polis bölməsində döyülərək öldürülməsindən sonra bütün dünyanın kəskin tənqidi ilə üzləşdi. Bu hadisə İranın hakimiyyət sistemi, qadın hüquqları və məcburi hicab siyasəti ilə bağlı beynəlxalq reaksiyanı daha da gücləndirdi. İran bütün dünyada orta əsr düşüncəsi və patriarxal idarəçiliklə əlaqələndirilən ölkələrdən birinə çevrildi.
Hətta həmin dövrdə mərhum Əli Xamneyi də başörtüsü məsələsində müəyyən yumşalmaya ehtiyac olduğunu bildirmişdi. Yəni qadının saçının bir neçə telinin görünməsinin böyük problemə çevrilməməli olduğunu söyləmişdi. Sonrakı dövrdə isə İranda qadınların başörtüsünü nümayişkaranə şəkildə çıxarması ilə bağlı çoxsaylı hallar müşahidə edildi. Bu gün də ölkənin ayrı-ayrı yerlərində əvvəlki illərlə müqayisədə başörtüsü qaydalarına əməl edilməsində daha çox sərbəstlik müşahidə olunur.
Əslində İran rejiminin başörtüsü məsələsinə yanaşması yalnız dini məsələ ilə məhdudlaşmır. Hakimiyyət bundan cəmiyyət üzərində nəzarət vasitəsi kimi istifadə edir. Başörtüsü qadının namusu, arı və qeyrəti məsələsindən daha çox, insanları itaətdə saxlamaq, fərdi azadlıqları məhdudlaşdırmaq və hakimiyyətin cəmiyyət üzərində nəzarətini qorumaq üçün siyasi alətə çevrilib.
Amma dünya dəyişir. Cəmiyyətlər dəyişir və insan hüquqları ilə bağlı tələblər getdikcə daha da güclənir.
Hesab edirəm ki, Pezeşkian bu məsələdən çıxış yolu tapmağa çalışacaq. Onun davranışlarından, açıqlamalarından və siyasi mövqeyindən belə görünür ki, o, məcburi hicab siyasətinin sərtləşdirilməsinin tərəfdarı deyil. Əksinə, onun mövqeyində insan azadlığına, demokratiyaya və insan şəxsiyyətinə hörmət məsələləri daha çox ön plana çıxır.
Parlamentdə bir neçə deputatın, yaxud müəyyən radikal dairələrin bu məsələni gündəmə gətirməsi heç də o demək deyil ki, Pezeşkian onların bütün tələblərini yerinə yetirəcək. 37 deputatın prezidentə müraciət etməsi də Pezeşkiana avtomatik olaraq siyasi və hüquqi öhdəlik yaratmır. Onların bu məsələdə ciddi şəkildə yanılmaq ehtimalı var.
Digər tərəfdən, İran beynəlxalq aləmdə getdikcə daha ciddi təzyiqlərlə üzləşir. Belə bir şəraitdə məcburi hicab qaydalarının yenidən sərtləşdirilməsi İran hakimiyyətinin onsuz da ağır olan beynəlxalq imicinə daha böyük zərbə vura bilər. İran bu cür yanaşmadan əl çəkmədən müasir və sivil dövlətlər sırasında özünə yeni mövqe qazanmaqda ciddi çətinliklərlə üzləşəcək.
“İran hakimiyyəti məcburi hicab qaydalarını sərtləşdirsə, cəmiyyətdə hansı reaksiyalar yarana bilər?” sualına isə professor belə cavab verib:
“Əgər məcburi hicab qaydaları Amerikanın və İsrailin hücumundan əvvəl yenidən sərtləşdirilsəydi, hesab edirəm ki, indi molla rejimi ilə bağlı vəziyyət tamamilə başqa cür olardı. Əhali ayağa qalxmışdı. İnsanlar etiraz edirdi.
Əhali başa düşməlidir ki, İsrail və Amerika onlara ‘biz sizin azadlığınızı düşünərək gəlmişik, sizə kömək edək, bu feodal rejimi yıxaq’ deyəndə, onlar öz rejimlərinin tərəfində dayandılar.
Amma indi sual yaranır: müdafiə etdikləri rejim bu gün nə edir? Əgər hakimiyyət yenidən başörtüsü məsələsini sərtləşdirməyə cəhd göstərsə, bu, cəmiyyətdə yeni etiraz dalğasına səbəb ola bilər.
Mən əminəm ki, başörtüsü məsələsi yenidən sərt şəkildə gündəmə gətirilərsə, bununla da biz molla rejiminin dəfn mərasiminə hazırlaşmalı olacağıq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər