Mobil versiya
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
Tarix: 22-08-2026 | Saat: 10:27
Bölmə:Dünya | çapa göndər

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı


Avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
lent.az bildirir ki, "Rosaviasiya"nın məlumatına görə, qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Bu məqsədlə Rusiya daxilində və əksər xarici uçuşlar ləğv edilib yaxud təxirə salınıb.

Təxirə salınan uçuşlar siyahısında Moskvanın "Vunkovo" hava limanından Bakıya uçan iki reys də var. Bakıya uçuşu həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə "Utair" hava yolları şirkətlərinə məxsusdur. Bildirilir ki, AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli olsa da, uçuş saat 14:00-dək, "Utair"ə məxsus təyyarə isə yerli vaxtla 09:50-də havaya qalxmalı olsa da, 10:50-dək təxirə salınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə