Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Tarix: 22-08-2026 | Saat: 14:15
Bölmə:Ölkə | çapa göndər

Bakıda nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyatın təşviqi məqsədilə paytaxtda ödənişli hərəkət zonalarının yaradılması gündəmə gəlib. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb və AYNA texniki məsləhət xidməti almaq üçün İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə 307 min manatlıq müqavilə imzalayıb. Yeni sistemin tətbiqi avtomobillərin şəhərin müəyyən ərazilərinə girişinin ödənişli olmasını nəzərdə tutur. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi planlaşdırılır.
Bəs Bakıda ödənişli hərəkət zonalarının tətbiqi tıxac probleminin həllinə nə qədər kömək edə bilər? Bu sistem sürücülərin avtomobildən istifadəsini azaldacaq, yoxsa əlavə maliyyə yükü yaradacaq? Həmçinin paytaxtın hansı ərazilərində belə zonaların tətbiqi daha məqsədəuyğun olardı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a danışıb. Ekspert deyib ki, bu məsələ çoxdan müzakirə olunur: "Ümumiyyətlə, tıxacın və nəqliyyat sıxlığının qarşısını almaq üçün müxtəlif vasitələr var. Bu vasitələrdən biri də müəyyən zonalara girişin ödənişli edilməsidir. Buna bəzən “tıxac vergisi” də deyilir. Burada əsas məqsəd vəsait toplamaq deyil, məhz nəqliyyat sıxlığının qarşısını almaqdır.
Şəhərin müəyyən ərazilərinə giriş üçün ödəniş tətbiq edildikdə sürücülər alternativ marşrutlardan istifadə etməyə başlayırlar. Məsələn, bir vətəndaş Yasamaldan Əhmədliyə gedirsə və həmin istiqamət ödənişli olarsa, alternativ yollara üstünlük verə bilər. Məsələn, Dərnəgül istiqamətindən hərəkət edə bilər. Bu da həmin ərazidə süni şəkildə nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər.
Hazırda müzakirələr gedir ki, ödənişli zonalar şəhərin hansı ərazilərini əhatə etsin, bütün şəhər üzrə tətbiq olunsun, yoxsa yalnız müəyyən hissələrdə qüvvədə olsun. Eyni zamanda, bölgələrdən gələn avtomobillərin şəhərə giriş zamanı ödəniş edib-etməyəcəyi də vacib məsələlərdəndir".
Müsahibimiz qeyd edib ki, burada məqsəd bölgələrdən gələn insanları vergiyə cəlb etmək və onların şəhərə girişinə mane olmaq deyil. Əsas hədəf alternativ nəqliyyat vasitələrindən istifadəyə təşviq etməkdir.
"Güman edirəm ki, belə bir addım atılacaq. Çünki qarşıdan yeni tədris ili gəlir və məktəblərin açılması ilə Bakıda yenidən ciddi tıxac, nəqliyyat sıxlığı, əsəb və gərginlik yaranacaq. Ona görə də bütün mümkün vasitələrdən istifadə olunmalıdır ki, nəqliyyat sıxlığı azalsın və insanlar ictimai nəqliyyata daha çox yönəlsinlər", deyə Yasin Mustafayev vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər