Mobil versiya
Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldı
Tarix: 22-08-2026 | Saat: 08:52
Bölmə:İdman | çapa göndər

Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldı


Türkiyə Super Liqasının 2-ci turunda “Qalatasaray” səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib.

“aia.az” xəbər verir ki, İstanbul təmsilçisinin qələbə qollarını Roland Sallai, Yunus Akgün və Viktor Osimhen vurub.

Sallai 12-ci dəqiqədə hesabı açıb, Yunus Akgün 20-ci dəqiqədə fərqi iki topa çatdırıb. Osimhen isə ilk hissənin son dəqiqəsində və 80-ci dəqiqədə fərqlənərək dubl edib.

Matçda “Ərzurumspor”un azərbaycanlı futbolçusu Nəriman Axundzadə də meydana çıxıb. Hücumçu qarşılaşmanın 84-cü dəqiqəsində sarı vərəqə alıb.

Bu qələbədən sonra Okan Burukun komandası xallarını 4-ə çatdırıb. Liqaya yeni yüksələn “Ərzurumspor” isə ikinci turdan sonra xalsız qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə