Mobil versiya
Dakkadan strateji həmlə: Banqladeş Türkiyə, Pakistan və Səudiyyə ilə eyni hərbi blokda?
Tarix: 22-08-2026 | Saat: 16:11
Bölmə:Dünya | çapa göndər

Dakkadan strateji həmlə: Banqladeş Türkiyə, Pakistan və Səudiyyə ilə eyni hərbi blokda?


Banqladeş Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında bağlanmış birgə müdafiə sazişinə qoşulmaq imkanlarını araşdırır.

aia.az xəbər verir ki, bu barədə Banqladeş Baş nazirinin müşaviri Humayun Kabir bəyanat verib.

Kabirin sözlərinə görə, Dakka "Əvvəlcə Banqladeş" xarici siyasət kursuna sadiqdir və dəyişən beynəlxalq şəraitlə milli maraqları nəzərə alaraq, regional iqtisadi və ya hərbi-müdafiə alyanslarında iştirak etməyə tam hazır olduğunu nümayiş etdirir.

Qeyd edək ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də Şam rəhbərliyinin Məkkə Sazişinə qoşulmaq variantlarını diqqətlə öyrəndiyini, lakin hələ ki yekun qərarın verilmədiyini bildirmişdi.

Ekspertlər müdafiə paktına yeni ölkələrin maraq göstərməsini regionda güclər nisbətini dəyişdirə biləcək "İslam NATO-su"nun formalaşması prosesi kimi qiymətləndirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-08-2026