Fermerlərə böyük dəstək: Kredit faizlərinin bir hissəsini dövlət qarşılayacaq
Tarix: 04-06-2026 | Saat: 12:30
Bölmə:Özəl | çapa göndər

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər üçün yeni dəstək mexanizmi tətbiq edilir. Qəbul olunan qərara əsasən, istehsal məqsədilə götürülən kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət tərəfindən ödəniləcək.
Yeni güzəşt çəltik, qarğıdalı, pambıq, şəkər çuğunduru, tütün, eləcə də müxtəlif dənli və dənli paxlalı bitkilərin istehsalı ilə məşğul olan təsərrüfatlara şamil olunacaq.
Bununla yanaşı, müasir suvarma texnologiyalarının tətbiqini genişləndirmək məqsədilə əlavə təşviq tədbirləri də nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasında müasir suvarma sistemləri ilə becərilən kartof, tərəvəz və bostan sahələri üçün subsidiya məbləği artırılıb.
Yeni qaydalara əsasən, həmin əkin sahələrinin hər hektarı üçün ənənəvi suvarma üsulu ilə müqayisədə əlavə 150 manat subsidiya veriləcək.
Mütəxəssislərin fikrincə, bu qərarlar fermerlərin maliyyə yükünün azalmasına, istehsalın genişlənməsinə və kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə mühüm töhfə verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər