Mobil versiya
"Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir" - Allahverən İsmayılov
Tarix: 04-06-2026 | Saat: 12:54
Bölmə:Gündəm | çapa göndər

"Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir" -

Yaxın perspektivdə kibertəhlükəsizliyə ən ciddi təsir göstərən amil süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq.

aia.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkənin rəqəmsal gələcəyini təmin edən mühüm dövlət proqramları və strategiyalar qəbul olunub. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ali təhsil, dövlət və sənaye mühitləri arasında inteqrasiyanı strateji prioritet kimi müəyyən edib.

A.İsmayılov qeyd edib ki, Dünya İqtisadi Forumunun hesabatlarına görə, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik sahəsində həm yeni imkanlar, həm də yeni risklər yaradır. Eyni zamanda, təhlükəsizlik üzrə sistemli və qabaqlayıcı yanaşmaların bəzi hallarda texnoloji inkişafın sürətindən geri qaldığı müşahidə olunur.

Rəis müavini vurğulayıb ki, kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin edilir. Onun sözlərinə görə, dövlət qurumları, elmi-tədqiqat institutları və özəl sektor arasında davamlı əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. O, forum çərçivəsində aparılan müzakirələrin yeni ideyaların formalaşmasına, innovativ yanaşmaların tətbiqinə və Azərbaycanın kibertəhlükəsizlik potensialının daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026