Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir
Tarix: 04-06-2026 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi Böyük Qayıdış Proqramı təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edən sosial layihə deyil, həm də müasir dövlət quruculuğu, davamlı inkişaf və postmünaqişə bərpası sahəsində dünyaya təqdim olunan nümunəvi modeldir. Bu proqram öz miqyası, strateji yanaşması və həyata keçirilmə sürəti ilə beynəlxalq praktikada xüsusi diqqətçəkən təşəbbüslərdən biri hesab olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, otuz ilə yaxın müddətdə doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının geri qayıtması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı məhz bu məqsədə xidmət edir və insanların yalnız geri dönməsini deyil, onların təhlükəsiz, rahat və layiqli həyat şəraiti ilə təmin olunmasını nəzərdə tutur.
“Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri postmünaqişə məkanlarında rast gəlinən ən genişmiqyaslı layihələrdən biridir. İşğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri yaradılır, yollar, tunellər, körpülər, elektrik stansiyaları, su və qaz xətləri inşa edilir. Paralel olaraq məktəblər, xəstəxanalar, mədəniyyət və ictimai xidmət obyektləri istifadəyə verilir.
Bu prosesin ən mühüm xüsusiyyətlərindən biri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiq edilməsidir. Ağalı, Talış, Zabux, Sus və digər yaşayış məntəqələrində qurulan müasir infrastruktur göstərir ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri, sadəcə, bərpa etmir, onları ölkənin ən müasir və innovativ regionlarından birinə çevirməyi hədəfləyir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və ekoloji tarazlığın qorunması bu siyasətin əsas istiqamətlərindəndir”, - deyə A.Kərimli vurğulayıb.
Deputat Böyük Qayıdış Proqramının mühüm tərəflərindən birinin də sosial rifah amili olduğunu diqqətə çatdırıb: “Doğma torpaqlarına qayıdan vətəndaşlar yeni mənzillərlə təmin edilir, onların məşğulluğu üçün imkanlar yaradılır, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinin inkişafı istiqamətində layihələr reallaşdırılır. Dövlət tərəfindən yaradılan şərait insanların yalnız yaşayışını deyil, həm də iqtisadi fəallığını və sosial inteqrasiyasını təmin etməyə hesablanıb. Hazırda minlərlə keçmiş məcburi köçkün artıq öz doğma yurdlarında yaşayır və bu proses mərhələli şəkildə davam etdirilir. Qayıdan ailələrin gündəlik həyatının təmin olunması üçün bütün zəruri infrastruktur formalaşdırılır. Bu isə Böyük Qayıdışın, sadəcə, köçürülmə prosesi deyil, uzunmüddətli inkişaf strategiyası olduğunu göstərir”.
O əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi bu model beynəlxalq səviyyədə də maraqla izlənilir. Bir çox ölkələr və beynəlxalq təşkilatlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyasını və səmərəliliyini yüksək qiymətləndirirlər. Xüsusilə müharibədən sonra qısa müddətdə müasir yaşayış məntəqələrinin yaradılması və əhalinin mərhələli şəkildə geri qaytarılması postmünaqişə idarəçiliyinin uğurlu nümunəsi kimi diqqət çəkir.
Böyük Qayıdış Proqramı Azərbaycanın dövlət gücünü, iqtisadi imkanlarını və strateji baxışını nümayiş etdirən mühüm layihədir. Bu proqram sayəsində işğaldan azad edilmiş torpaqlar yenidən həyata qovuşur, tarixi ədalət bərpa olunur və uzun illər yurd həsrəti ilə yaşayan insanların ən böyük arzusu gerçəkləşir. Eyni zamanda, Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində beynəlxalq miqyasda yeni və uğurlu bir model formalaşdıraraq dünyaya mühüm nümunə təqdim edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər