Mobil versiya
Amerikalıların yarısı nüvə müharibəsi ehtimalının yüksək olduğunu düşünür
Tarix: 28-11-2025 | Saat: 20:12
Bölmə:Özəl | çapa göndər

Amerikalıların yarısı nüvə müharibəsi ehtimalının yüksək olduğunu düşünür
Amerikalıların təxminən yarısı ölkənin 10 il ərzində nüvə müharibəsinə girmə ehtimalının yüksək olduğunu düşünür. YouGov tədqiqat şirkəti tərəfindən 30 oktyabr - 2 noyabr tarixləri arasında keçirilən sorğuda 1148 nəfər iştirak edib.
Respondentlərin 46 faizi ABŞ-ın növbəti 10 il ərzində nüvə münaqişəsinə cəlb olunma ehtimalının "çox" və ya "müəyyən" olacağını, 37 faizi isə belə bir ehtimalın aşağı olduğunu bildirib.

Nüvə müharibəsi gözləntilərinin siyasi mənsubiyyətə görə dəyişdiyini göstərən sorğuda Demokratların 57 faizi və Respublikaçıların 37 faizi nüvə müharibəsi ehtimalının yüksək olduğunu bildirib.

Qlobal təhlükəsizliklə bağlı yüksək səviyyədə narahatlığı da vurğulayan sorğuya görə, respondentlərin 69 faizi nüvə silahlarının dünyanı "daha təhlükəli bir yerə" çevirdiyinə, yalnız 9 faizi isə təhlükəsizliyi artırdığına inanır.

Bundan əlavə, sorğuda amerikalıların 44 faizi terrorçuların və ya cinayətkar təşkilatların növbəti 10 il ərzində ABŞ daxilində nüvə silahından istifadə edə biləcəyinə inandığı müəyyən edilib.

Sorğuya görə, iştirakçıların 52 faizi nüvə müharibəsi ehtimalının bu gün 10 il əvvəlkindən daha yüksək olduğunu iddia edir, iştirakçıların 56 faizi ABŞ-ın yalnız nüvə hücumuna cavab olaraq nüvə silahından istifadə etməli olduğunu, 21 faizi isə heç bir halda nüvə silahından istifadə edilməməli olduğunu söyləyir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2025