Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib -Foto
Tarix: 28-11-2025 | Saat: 19:23
Bölmə:Karusel / Parlament | çapa göndər

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komitənin sədri Musa Quliyev iclasda 2026-cı ilin büdcə zərfinə daxil olan 5 məsələnin – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında”, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.
Komitə sədri 2026-ci ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu, büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinin pozitiv formalaşdığını və hər iki büdcədə artımların nəzərdə tutulduğunu deyib.
O, DSMF-nin gəlirlərində 9,3 faiz, xərclərində isə 10,5 faiz artımın proqnozlaşdırıldığını qeyd edib. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-nin əhaliyə ödənişlərin təşkil edəcəyini, əmək pensiyalarının orta məbləğinin 590 manata, yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata çatdırılacağını bildirib.
Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün gəlir və xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu diqqətə çatdırıb. Fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini deyib. Bunların arasında 3 mühüm istiqamət – işsizliyə görə sığorta ödənişləri, özünüməşğulluq tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi üçün müvafiq vəsaitin yönələcəyini söyləyib.
Komitə sədri, habelə 2026-cı il üçün nəzərdə tutulan yaşayış minimumu və ehtiyac meyarı barədə məlumat verib. Növbəti il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini deyib.
Gündəliyin sonuncu məsələsini təqdim edən Musa Quliyev qanun layihəsində komitəyə aid olan “Sosial sığorta haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif olunan dəyişikliklərdən söhbət açıb. O, bu dəyişikliklərin vergi və sosial sığorta təminatında güzəştli diferensial yanaşmanın tətbiqi ilə bağlı olduğunu bildirib.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 8 milyard 322 milyon manat, xərclərinin 8 milyard 483 milyon manat proqnozlaşdırıldığını, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 238,3 milyon manat, xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu söyləyib. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kifayət qədər vəsaitin ayrıldığını bildirib.
Nazir, habelə hər iki fondun büdcələrinin birinci oxunuşda komitə və plenar iclaslarda müzakirələri zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.
İclasda maliyyə nazirinin müavini Himalay Məmişov Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyətini açıqlayıb, bu məsələ ilə bağlı səsləndirilən sualları cavablandırıb.
Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov təqdim olunan məsələlərə dair təmsil etdiyi qurumun mövqeyini nəzərə çatdırıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Rəşad Mahmudov, Soltan Məmmədov, Elçin Mirzəbəyli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məsələlər barədə öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda qanun layihələrinin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Onlayn iclasda parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Bədəl Bədəlov, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Nigar Məmmədova, Ziyad Səmədzadə, digər komitələrdən Bəhruz Məhərrəmov, Ceyhun Məmmədov, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2025