Mobil versiya
Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib
Tarix: 28-11-2025 | Saat: 16:35
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

Brüsselə səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə NATO Baş Qərargahında görüş keçirib.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2025