Mobil versiya
Aİ: Yermakla bağlı vəziyyəti diqqətlə izləyirik
Tarix: 28-11-2025 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

Aİ:

Avropa İttifaqı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində Milli Anti-Korrupsiya Bürosu (NABU) tərəfindən aparılan axtarışla bağlı vəziyyəti “diqqətlə izləyəcək”.

aia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye “RBK-Ukrayna”ya bildirib.

Mersye qeyd edib ki, Aİ Yermakın evində aparılan axtarışlar barədə xəbərləri izləyib.

“Bizim mövqeyimiz yaxşı məlumdur: hər hansı araşdırmalar göstərir ki, antikorrupsiya orqanları fəaliyyət göstərir və Ukraynada fəaliyyət üçün icazəyə malikdir. Korrupsiyaya qarşı mübarizə bizim genişlənmə paketimizin əsas elementi olub və bu məsələdə ümumi mövqeyimizi müəyyən edir”, - o bildirib.

Aİ nümayəndəsi xatırladıb ki, korrupsiyaya qarşı mübarizə Ukraynanın Aİ-yə qoşulma imkanları üçün “əsasdır”. Bu mübarizəni aparmaq və qanun aliliyinə riayət etmək qabiliyyətini təmin etmək üçün müvafiq səylər tələb edir.

“Komissiya vəziyyəti diqqətlə izləməyə davam edəcək”, - Mersye əlavə edib.

APA




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2025