Mobil versiya
Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının illik fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilib
Tarix: 25-11-2025 | Saat: 14:09
Bölmə:Manşet / Ölkə / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının illik fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilib
Qərbi Azərbaycan icmasında Ziyalılar Şurasının illik fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilib
Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Şuranın rəhbər heyəti və üzvləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Əziz Ələkbərli, AMEA-nın 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı Ermənistana ünvanladığı siyasi mesajların mühüm əhəmiyyətini vurğulayaraq, bu çağırışlardan irəli gələn vəzifələr barədə danışıb. İcmanın qarşısında duran strateji hədəflər, 2026-cı ilə doğru görüləcək işlər diqqətə çatdırılıb.

Daha sonra ADPU-nun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov Şuranın bir illik fəaliyyətini əks etdirən məruzə ilə çıxış edib, görülən işlər və planlaşdırılan istiqamətlər barədə məlumat verib.
Tədbirdə Şura üzvləri və icma təmsilçiləri — Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, tarix elmləri namizədi, dosent Bəxtiyar Nəbiyev, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev, şair, publisist, folklorşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Avtandil Ağbaba, Sumqayıt Dövlət Universtetinin professoru, texnika üzrə elmlər doktoru, əməkdar müəllim Tamilla Əhmədova, Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Elmixan Cəfərov, İqtisadiyyat Universitetində Xarici iqtisadi fəaliyyəti tənzimləməsi şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov, İqtisad üzrə fəlsəfə doktoru Ayaz Orucov, AMEA-nın Tarix İnstitutunda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Nailə Hüseynova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Məmmədova çıxış edərək Qərbi Azərbaycan istiqamətində fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı 2026-cı il üçün təklif və tövsiyələrini səsləndiriblər.
Çıxışlarda xüsusilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha geniş işıqlandırılması, gənclərin maarifləndirilməsi və proseslərə cəlbi, mədəni irsin toplanması və sistemli şəkildə təqdim olunması, İcmanın fəaliyyətinin elmi əsaslarla gücləndirilməsi, qadınların və yaradıcı ziyalıların prosesdə daha fəal iştirakı, 2026-cı il üçün yeni layihə və təşəbbüslərin formalaşdırılması kimi məsələlərin vacibliyi vurğulanıb.
Yığıncaq gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi və koordinasiya qərarları ilə başa çatıb.
Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025