Mobil versiya
Səməd Seyidov: “ABŞ ilə münasibətlərdə dönüş nöqtəsi yaşanır”
Tarix: 25-11-2025 | Saat: 11:20
Bölmə:Karusel / Parlament | çapa göndər

Səməd Seyidov:

Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bugünkü plenar iclasında 16–22 noyabr tarixlərində parlament nümayəndə heyətinin ABŞ-ə səfəri ilə bağlı məlumat verib.

aia.az-ın məlumatına görə, deputat bildirib ki, həm Konqresdə, həm də Senatda keçirilən görüşlər qarşılıqlı münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərib:

“Bu, həmin şəxslərlə ilk görüş idi. Keçmişdə ABŞ-də olanda tamamilə fərqli münasibətlə qarşılaşmışdım. Bayden administrasiyası Azərbaycanla münasibətləri demək olar ki, sıfır səviyyəsinə endirmişdi. İndi isə vəziyyət köklü və əsaslı şəkildə dəyişib”.

Seyidov qeyd edib ki, nümayəndə heyəti ABŞ-nin bütün dövlət qurumları ilə danışıqlar aparıb və həm Bakıda, həm də Vaşinqtonda gedən proseslər fonunda 8 avqust sənədinin iki ölkə münasibətlərində dönüş nöqtəsi olduğunu təsdiqləyiblər.

“Biz artıq sadə əlaqələrdən yox, strateji münasibətlərdən danışırıq. Dövlət başçısının siyasəti dövlətçiliyin necə qorunması və dayanıqlı inkişafın necə təmin edilməsinə dair suallara aydın cavab verir. ABŞ-nin bütün dairələri Azərbaycanla münasibətlərdə maraqlıdır”, – deyə deputat vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025