Mobil versiya
İmamoğluna 2 352 il həbs cəzası tələb olunur
Tarix: 25-11-2025 | Saat: 13:21
Bölmə:Dünya | çapa göndər

İmamoğluna 2 352 il həbs cəzası tələb olunur

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılan istintaqda yeni hadisə baş verib.

aia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamə İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

3900 səhifəlik ittihamnamədə şübhəli şəxs qismində 407 nəfərin adı qeyd olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu iddianamədə “təşkilat lideri” kimi qeyd edilib. İttihamnamədə təşkilatın liderləri kimi 6 nəfər də göstərilir.

İmamoğlunu 828 il 2 aydan 2 352 ilə qədər həbs cəzası gözləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025